Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия







Bütün video xəbərlər ...

“ROAD & TRAFFIC 2016”

 

"TransCaspian" və “Road & Traffic” sərgiləri Azərbaycanda nəqliyyat sektorunun inkişafına verilən dəyərli töhfə

11 may tarixində Bakı Ekspo Mərkəzində Beynəlxalq  Nəqliyyat, Tranzit və Loqistika “TransCaspian 2016” və 6-cı Xəzər Beynəlxalq “Yol infrastrukturu və İctimai nəqliyyat” sərgisləri öz işinə başladı.Sərgilərin açılış mərasimində Azərbaycan Respublikasının Nəqliyyat Naziri cənab Ziya Məmmədov və “Iteca Caspian” şirkətinin icraçı direktoru Fərid Məmmədov, bir sıra ölkələrin səfirləri və 40-dan çox KİV nümayəndələri iştirak etmişdilər.

Sərgilərinin açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının nəqliyyat naziri Ziya Məmmədov tədbirin təşkilatçıları və fəxri qonaqlarını yubiley münasibəti ilə təbrik edərək, hər il daha da genişlənən və bütün sənayenin inkişafına layiqli töhfə verən bu tədbirin aktuallığını və əlamətdarlığını ön plana çəkdi.Z. Məmmədov həmçinin vurğuladı ki: “Mən sərgidə nümayiş olunan məhsul, xidmət və avadanlıqların xarici mütəxəssisləri maraqlandıracağına və beynəlxalq əməkdaşlıqların qurulmasına kömək edəcəyinə şübhə etmirəm”.

“Iteca Caspian” şirkətinin icraçı direktoru Fərid Məmmədov qeyd etdi ki, 15 il ərzində “TransCaspian” sərgisində dünyanın 30-dan artıq ölkəsini təmsil edən təxminən 700 şirkət iştirak edib.O həmçinin vurğuladı ki, “TransCaspian” və “Road&Traffic” sərgiləri keçirilən bu illər ərzində regionun mühüm nəqliyyat tədbirlərinə çevirilmişdir. Onların vasitəsi ilə nəqliyyat sənayesi üçün innovativ texnologiya və avadanlıqlar nümayiş edilimşdir.

Yubiley “TransCaspian” sərgisi dünyanın 9 ölkəsini - Azərbaycan, Avstriya, Belarus, Almaniya, Qazaxıstan, Litva, Rusiya, Fransa və Türkiyəni təmsil edən 75 şirkəti bir arada toplamışdır. Ənənəvi olaraq, sərgidə kommersiya şirkətləri ilə yanaşı, “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi dövlət nəqliyyat strukturları da iştirak edir. Bu il debütantlar ümumi sərgi iştirakçılarının 40%-ni təşkil olunur və onların arasında “AZ Logistika and Managment Services”, “ADY Express”, “Caspian Marine Services”, Türkiyə Gəmiqayırma Şirkətləri Assosiasiyası, Litvanın “SVEVALA” və üç şirkətlə təmsil olunan “QAZ” şirkətlər qrupu (Rusiya) - Ural Avtomobil Zavodu, “QAZ-Rusiya avtobusları” və “QAZ-kommersiya təyinatlı avtomobillər” şirkətləri yer alır.

“Road & Traffic 2016” sərgisində Azərbaycan, Danimarka, Niderland Krallığı, Türkiyə, Rusiya, Sinqapur, ABŞ, Fransa və Çexiyadan 30 şirkət iştirak edir. “Road & Traffic 2016” sərgisində iştirak edən xarici və yerli şirkətlər yol, körpü və tunellərin layihələndirməsi və tikintisi üzrə xidmətlər, eləcə də yol-tikinti avadanlığı və materialları, yol təhlükəsizliyi vasitələri, yol işarələmə avadanlıqları, yol monitorları, habelə şəhər infrastrukturunun layihələndirilməsi üçün proqram təminatını təqdim edirlər. Şirkətlər nəqliyyat sistemlərinin intellektual idarəetməsi sektoruna böyük maraq göstərirlər və bu sektor çərçivəsində “IMMERGIS” (Fransa), “Wavetronix” (ABŞ) və “AZD Praha” (Çexiya) şirkətləri öz ekspozisiyalarını nümayiş etdirəcəklər. Son vaxtlar, ölkədə ictimai nəqliyyata, onun avtomobil parkının yenilənməsinə və idarə olunmasının təkmilləşdirilməsinə böyük diqqət yetirilir. Bununla əlaqədar olaraq, sərgidə “Azauto” (Isuzu) şirkəti və bu ilin debütantı olan “QAZ-Rus avtobusları” şirkəti iştirak edir.

Sərginin 15 illik yubileyi ilə əlaqədar olaraq, əlavə tədbirləri ehtiva edən xüsusi proqram da hazırlanıb, belə ki, may ayının 10-da Mərkəzi Nəbatat Bağında Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbir keçirildi - “TransCaspian” sərgisinin iştirakçıları Mərkəzi Nəbatat Bağında istirahət guşəsini quraşdırdılar və bundan sonra şəhər sakinləri gəzinti zamanı bu köşklərdə dincələ biləcəklər.

Sərgi təşkilatçısı “Iteca Caspian” şirkəti əl sənətkarlığının inkişafını daim dəstəkləmişdir.  Bakı Ekspo Mərkəzinin foyesində yerləşən Azərbaycanlı usta Rövşən Ənsarinin əl işlərindən ibarət sərgi ziyarətçilər üçün əsl sürpriz olacaq. Bu sərgidə müxtəlif növ, dövr və ölkələrə aid olan gəmi modelləri, eləcə də müxtəlif buxar lokomotivləri (parovozlar) və təyyarə modelləri nümayiş olunur. Həmçinin, sərgi mərkəzinin foyesində Azərbaycan markalarından ibarət sərgi də yerləşir. Bütün markalar “Azərmarka” şirkəti tərəfindən təqdim olunur və “Nəqliyyat və loqistika” mövzusuna həsr olunub.

Yubiıey programı çərçıvəsində daha bir tədbir- sərginin Azərbaycan Texniki Universiteti “Nəqliyyat” fakültetinə ən yüksək balla qəbul olunmuş tələbəyə xüsusi mükafat təqdim olunacaqdır. Beləliklə, sərgilərin təşkilatçısı qismində çıxış edən “Iteca Caspian” şirkəti ölkənin ali təhsil müəssisələrinə qəbul zamanı fərqlənən tələbələri stimullaşdırmağa davam edir.

Qeydiyyatın nəticələri əsasında, ilk saatlarda sərgiyə 800-dən artıq bu sahənin mutəxəsisləri ziyarət etmişdi. Stendlərdə artıq tərəfdaşlıq danışıqlar ve görüşlər baş tutmuşdur. Sərgi ilk gündən etibarən Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən dəstəklənir. Sərgi həmçinin TRACECA, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və tərəfindən dəstəklənir. Bu ildən etibarən, Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası da sərgiyə dəstək göstərir.

Dəstək

Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi



Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK)

Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu





BİZƏ QOŞULUN!
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
ROAD & TRAFFIC SƏRGİSİ İLƏ BİRLİKDƏ
TransCaspian

CIBS

RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
VALYUTA MƏZƏNNƏSİ
  01/06/2020 02/06/2020
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      Road & Traffic Azerbaijan is Copyright © 2000-2020 Bütün hüquqlar qorunur. Hosted by VebTek