Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия









Bütün video xəbərlər ...

12 may tarixində Bakı Ekspo Mərkəzində 14-cü Beynəlxalq “Nəqliyyat, Tranzit və Loqistika” (“TransCaspian 2015”) və 5-ci Yubiley Xəzər Beynəlxalq “Yol infrastrukturu və İctimai nəqliyyat” (“Road and Traffic 2015”) sərgiləri öz işinə başladı. Hər iki sərgi ilk gündən etibarən Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən dəstəklənir. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) da sərgilərə rəsmi dəstək verirlər. Həmçinin, “TransCaspian” sərgisi nəqliyyat sənayesi üzrə aparıcı təşkilat -“ТРАСЕCА” ilə sıx əməkdaşlıq edir.

Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini Musa Pənahov rəsmi açılış mərasimində çıxışı zamanı sərgilərin Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafına töhfə verdiyini, tranzit yüklərin Azərbaycan ərazisindən daşınması üzrə imkanları nümayiş etdirdiyini və yük sahibləri üçün optimal yükdaşıma variantlarının müəyyənləşdirilməsinə şərait yaratdığını qeyd etdi. Həmçinin, M. Pənahov Azərbaycanda nəhəng nəqliyyat layihələrinin reallaşdırılmasını da xüsusi ilə vurğuladı. Nazir müavini öz nitqində hər il nəhəng yükdaşıma və loqistika şirkətlərini, hərəkət heyəti (vaqon) istehsalçılarını, habelə gəmiqayırma şirkətlərini və digər təşkilatları bir araya toplayan sərgilərin mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı.

Açılış mərasimində çıxış edən “ITЕ Group Plc” şirkətinin sənaye direktoru cənab Lorent Noel dünyanın 4 qitəsində (14 ölkədə) keçirilən on səkkiz sərgi arasında mühüm yer tutan “TransCaspian” və “Road and Traffic” sərgilərinin Qafqaz regionunda lider olduğunu qeyd etdi. O, sərgiyə göstərdiyi dəstəyə görə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinə öz minnətdarlığını bildirərək sərgi iştirakçılarına uğurlar arzuladı.

“TransCaspian 2015” sərgisinin ekspozisiyasına Azərbaycan, Avstriya, Belarus, Almaniya, Gürcüstan, Latviya, Litva, Rusiya, Fransa və İsveçrədən 72 şirkət daxildir. Sərgidə “Access Trans”, “Alstom Transport”, “Archelor Metal” “Auto Lift Gmbh”, “Liebherr”, “Matrix”, “Russian Maritime Register”, “Stadler Rail Management AG”, “Trans Caucas Terminals”, “AVP Technology” (“АВП”), Brest Elektrotexnika Zavodu, Qomel Vaqonqayırma Zavodu, “QT alümin-termit qaynaq”, dəmiryol oxları istehsal edən “Murom Switch Works” (Murom) şirkəti, “Pervaya Lokomotivnaya Kompaniya”, Ural Vaqon Zavodu, “Transmaş” (Moskva) zavodu, “Pakobo”,“Transmaşholdinq” və bir çox digər şirkətlərin ekspozisiyaları təqdim edilir. Sərgidə kommersiya şirkətləri ilə yanaşı, Azərbaycanın dövlət nəqliyyat strukturları – “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Dövlət Avtomobil Nəqliyyat Xidməti də iştirak edir. İsveçrənin sərnişin vaqonları və ixtisaslaşdırılmış vaqon və tramvayların istehsalı ilə məşğul olan “Stadler Rail Management AG” şirkəti isə “TransCaspian 2015” sərgisinin sponsoru qismində çıxış edir.

Paralel olaraq keçirilən 5-ci Yubiley Xəzər Beynəlxalq “Yol infrastrukturu və İctimai nəqliyyat” (“Road and Traffic 2015”) sərgisi Azərbaycan, Almaniya, Çin, Rusiya, Türkiyə, Çexiya, ABŞ və digər ölkələrin 52 şirkətini bir araya topladı. Həmçinin, sərginin iştirakçıları arasında “Azauto”, “Azvirt”, “AzerInshaat Servis”, “Azer-Turk” AS, “Azeryolservis”, “AZD Praha”, “Carlson Software”, “Cepas”, “E-Mak”, “Ekomobil”, “Evim Konstruksion”, “Fujian Tietuo Machinery”, “KentKart Ege Elektronik”, “Hofmann Gmbh”, “Holcim Azerbaijan”, “Jenoptik Traffic Solutions”, “Kolin Inshaat”, “Proyapi”, “Tarsa Kompozit Boya Makina”, “Stop Showroom Service”, “TENSAR”, “Ultra Computers”, Dövlət Avtomobil Nəqliyyatı Xidməti (Azərbaycan), “Dorojnıe Sistemı”, “Zitron”, “Metallokonstruksiya” zavodu, Bakı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi və digər şirkətlər var.

Şirkətlər yol, körpü və tunellərin layihələndirilmə və tikintisi üzrə xidmətlər, habelə yol-tikinti avadanlığı və materialları, yol təhlükəsizliyi vasitələri, yolların işarələnməsi üçün avadanlıqlar, metropoliten üçün ventilyasiya sistemləri, avtomobil və yol monitorları, şəhər infrastrukturunun layihələndirilməsi üçün proqram təminatı, nəqliyyatı intellektual idarəetmə sistemləri, avtobuslar və bir sıra digər məhsulları nümayiş etdirirlər. Ziyarətçiləri isə yol örtükləri və yol tikintisi sahəsində yeni məhsullarla tanışlıq gözləyir. Bu il Bakı Ekspo Mərkəzinin xarici meydançasında “Ekomobil” şirkətinin təqdim etdiyi elektrik avtomobillərin sınaq sürüşü (“test-drayvlar”) keçiriləcək.

“TransCaspian” və “Road and Traffic” sərgilərinin işini işgüzar proqram müşayiət edir, belə ki, may ayının 12-də Bakı Ekspo Mərkəzində “AVT Texnologiya” şirkəti tərəfindən seminar təşkil olundu. Seminarın gedişatında “КZ8А Elektrovozunun avtomatik idarəetmə sistemi”, “РПДА-Т paravozunun bortundakı parametr registratorunun işi əsasında dizel yanacağının vahid avtomatlaşdırılmış uçot sistemi (“ЕАСУ ДТ”)”, “Vaqon dartıcı avadanlıqlar üçün elektrik enerji sərfiyyatının kommersiya tarifləri ilə hesablanması üzrə 0.5s dəqiqlikdə sayğaclı (“СЭППТ”), dəyişən və sabit cərəyanlı elektrik enerjisi uçotunun ölçü kompleksi" kimi mövzular müzakirə olunacaq.

“TransCaspian” və “Road and Traffic” sərgilərinin  təşkilatçıları qismində “Iteca Caspian LLC” və onun tərəfdaşı “ITE Group Plc.” şirkətləri çıxış edirlər. Layihə üzərində işə beynəlxalq şirkətləri Azərbaycandakı sərgilərə fəal şəkildə dəvət edən “ITE Group Plc.” şirkətinin tərəfdaşlar şəbəkəsi, o cümlədən “ITE London”, “EUF” (Тürkiyə), “GIMA” (Almaniya) və “ITE Gulf” (Dubay) şirkətləri cəlb olunublar.





BİZƏ QOŞULUN!
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
TRANSCASPIAN SƏRGİSİ İLƏ BİRLİKDƏ
TransCaspian
RƏSMİ MEHMANXANALAR
Jumeirah

Qafqazpoint
VALYUTA MƏZƏNNƏSİ
  01/06/2020 02/06/2020
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



Road & Traffic Azerbaijan is Copyright © 2000-2020 Bütün hüquqlar qorunur. Hosted by VebTek