Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия







Bütün video xəbərlər ...

"Road and Traffic-2014": Cənubi Qafqaz regionunda yol infrastrukturu üzrə ən iri layihələr

12 iyun tarixində Bakı Ekspo Mərkəzində 13-cü Beynəlxalq "Nəqliyyat, Tranzit və Loqistika" ("TransCaspian-2014") sərgisi ilə eyni vaxtda keçirilən 4-cü Xəzər Beynəlxalq "Yol infrastrukturu və İctimai nəqliyyat" ("Road and Traffic-2014") sərgisi öz işinə başladı. Sərgilərin təşkilatçıları "Iteca Caspian LLC" və onun tərəfdaşı "ITE Group Plc" şirkətləridir. "Road and Traffic-2014" sərgisinin sponsoru isə "AzVirt" şirkətidir.

Sərginin rəsmi açılış mərasimində nəqliyyat nazirinin müavini Musa Pənahov və "Iteca Caspian LLC" şirkətinin icraçı direktoru Fərid Məmmədov iştirak edirdilər.

"Road and Traffic-2014" sərgisi beynəlxalq ictimaiyyətin diqqətini həm respublika, həm də regional miqyasda nəqliyyat infrastrukturunun inkişafına yönəldir və hər iki sərginin təntənəli açılışı mərasimində çıxış edən nəqliyyat nazirinin müavini Musa Pənahov bunu xüsusilə vurğuladı. Hazırda Azərbaycan beynəlxalq miqyaslı iri nəqliyyat müəssisələrinin qlobal layihələrini həyata keçirir və sərgi regionda yol infrastrukturunun Azərbaycan, Almaniya, İtaliya, İspaniya, Sinqapur, Türkiyə, Ukrayna, Çexiya və digər ölkələrin şirkətləri tərəfindən təqdim olunan geniş mənzərəsini nümayiş etdirir.

Sərginin rəsmi açılış mərasimində çıxış edən "Iteca Caspian LLC" şirkətinin icraçı direktoru Fərid Məmmədov qeyd etdi ki, bu il sərgi dünyanın 16 ölkəsindən 104 şirkəti qəbul edir və ötən il ilə müqayisədə öz ekspozisiya sahəsini daha da artırmışdır. Sonda Fərid Məmmədov Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinə, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına (ASK) və "TRACECA" layihəsinə göstərdikləri dəstəyə görə öz minnətdarlığını bildirdi və sərgi iştirakçılarına uğurlar arzuladı.

Bu il ziyarətçilərin diqqətinə sərgi eksponatlarının geniş çeşidi təqdim olunur: yol-tikinti xidmətləri, yolların tikintisi üçün avadanlıq və materiallar, metro inşası və tunelqazıma, habelə avtomobil yolları üçün və səs əleyhinə sipərlər, yol nişanları, işıqforlar, nəqliyyat axını üzrə qabaqcıl idarəetmə sistemləri.

Sərgidə "Azəryolservis", Dövlət Avtomobil Nəqliyyatı Xidməti, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi, "Almix Asia", "AZD Praha", "Azerinshaat", "Baku Taksi", "Controls S.R.L.", "E-Mak", "Herrenknecht AG", "Holcim", "Kolin İnşaat", "Körpü-Bina-Tikinti", "Korrus İtalia", "Kredmash", "Maccaferri", "Nissen Nordic", "Ortana Elektronik", "Proyapi Proje İnshaat", "PTC/WP Machine", "SafeRoads RRS", "Zitron SA", "Vitronic" və "Kohlhauer East Group Sia" şirkətləri, eləcə də yol-tunel tikintisi və ictimai nəqliyyat sektorunun bir sıra digər şirkətləri iştirak edirlər.

Bu il "TransCaspian" və "Road and Traffic" sərgilərini işgüzar proqram müşayiət edəcək, belə ki, 13 iyun tarixində 2-ci Xəzər Beynəlxalq "Yol və yeraltı nəqliyyat infrastrukturu urbanizasiya problemlərinin həlli yolları" mövzusunda konfrans keçiriləcəkdir. Konfransda Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin nümayəndələri, Bakıda 2015-ci il Avropa Oyunlarının Təşkilat Komitəsinin nəqliyyat departamentinin rəisi, eləcə də "Azəryolservis" və "Herrenknecht AG" şirkətlərinin və Beynəlxalq Tunel Assosiasiyasının ("ITA-AITES") nümayəndələri məruzə ilə çıxış edəcəklər.

2014-cü ildə keçirilən bütün sərgilərin rəsmi tərəfdaşları "JW Marriott Hotel Absheron Baku" və "Qafqaz Point Hotel" mehmanxanaları (rəsmi otellər), eləcə də "Greenwich Travel Club" (rəsmi turoperator) və "SafeLife" (təhlükəsizlik üzrə rəsmi tərəfdaş) şirkətləridir.





BİZƏ QOŞULUN!
TRANSCASPIAN SƏRGİSİ İLƏ BİRLİKDƏ
TransCaspian
SPONSOR
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  01/06/2020 02/06/2020
USD 1.7 1.7
EUR 1.9068 1.8968
GBP 2.1994 2.1937
RUR 0.0267 0.0264
HAVA



Road & Traffic Azerbaijan is Copyright © 2000-2020 Bütün hüquqlar qorunur. Hosted by VebTek