Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия











“Road and Traffic-2012”: regionda yol infrastrukturunun geniş mənzərəsi.

Bu gün 2-ci Xəzər Beynəlxalq “Yol infrastrukturu və ictimai nəqliyyat” (“Road and Traffic-2012”) sərgisi öz işinə başladı. “Baku Ekspo” mərkəzində keçirilən bu ixtisaslaşmış tədbirdə regionda yol infrastrukturunun geniş mənzərəsi nümayiş etdirilir. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən dəstəklənən bu sərgi dünyanın 12 ölkəsindən 50 şirkəti bir yerə toplamışdır. “Iteca Caspian” MMC və onun tərəfdaşı “ITE Group plc” şirkətləri sərginin təşkilatçıları qismində çıxış edirlər. Sərginin tərəfdaşları isə “Azərbaycan Hava Yolları” QSC (AZAL), “Azerfon” MMC və “Greenwich Travel Club” şirkətləri, habelə “Hilton Baku” və “Qafqaz Poynt” mehmanxanalarıdır.

Ölkədə yol infrastrukturu və nəqliyyat layihələrinin sayca artması ən iri şirkətləri yüksək səviyyədə inkişaf etmiş nəqliyyat sisteminin tikintisində iştirak etmək imkanı ilə cəlb edir. “Road and Traffic” sərgisi yol tikintisi sahəsində ən son nailiyyətlərin təqdim olunmasına, yol hərəkətinin idarə edilməsində informasiya texnologiyalarının, habelə yeni ictimai nəqliyyat növlərinin tətbiqinə yönəldilmişdir və nəqliyyat infrastrukturu üçün məhsul, material, xidmət və texnologiyaların regional və beynəlxalq istehsalçı və təchizatçıları üçün nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının nəqliyyat naziri cənab Ziya Məmmədovun sərginin rəsmi açılış mərasimində qeyd etdiyi kimi: “- Belə ixtisaslaşdırılmış sərgilər sektorun ən son nailiyyətləri, o cümlədən ən yeni texnologiya və avadanlıqlarla tanış olmaq üçün gözəl imkan yaradır. Bundan əlavə, sərgi meydançasında mütəxəssislər bir-biri ilə tanış olur, sıx əlaqələr qurulur və gələcək əməkdaşlığın əsası qoyulur. Sərgidə təqdim olunan müxtəlif ölkələrin təşkilat və şirkətlərinin stendləri bir-biri ilə əlaqədar olan nəqliyyat, tranzit, loqistika, yol tikintisi və ictimai nəqliyyat sahələrini əhatə edir. “TransCaspian-2012” və “Road and Traffic-2012” sərgiləri bir daha təsdiq etdi ki, Azərbaycanın iqtisadi inkişafı ölkəmizlə əməkdaşlığın inkişaf etdirilməsinə maraq göstərən bir çox tanınmış dünya şirkətlərinin diqqətini cəlb edir. Mən Azərbaycan hökuməti və respublikanın Baş naziri adından bütün iştirakçıları sərginin işə başlaması münasibəti ilə təbrik etmək, onlara məhsuldar fəaliyyət arzulamaq, həmçinin bu uğurlu işə görə sərginin təşkilatçılarına təşəkkür etmək istəyirəm”.

Sərgidə yol infrastrukturunun bütün bölmələrini əhatə edən tematik ekspozisiyalar təqdim olunur, məsələn: “Yol təhlükəsizliyi”, “İctimai nəqliyyat”, “Yol infrastrukturu”, “Yol örtüyü sahəsində yeni texnologiyalar, ələlxüsus səsi izolyasiyalı xüsusi asfalt və soyuq yol örtükləri”, “Dayanacaq sistemləri sahəsində ən son nailiyyətlər”, “Nəqliyyatın intellektual idarə edilməsi sistemləri”, “Sürücülər üçün nəzarət qurğuları və kompüterlər”, eləcə də “Gediş haqqının avtomatik ödənilməsi üzrə sistemlər”.

“Road and Traffic-2012” sərgisində yol-tikinti sektoru geniş şəkildə təqdim olunur. Bu sektor “Azəryolservis” ASC, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası”, “Azərkörpü” ASC, “Azvirt” MMC, “Kolin İnşaat Turizm Sənaye və Ticarət A.Ş.”, “Körpü-Bina-Tikinti”, “Polat yol yapi”, “Strabag SP Z.O.O”, “Yol təsərrüfatının yeni texnologiyaları”, “Improtex Trucks and Buses”, “Borusan Makina”, “Cesan Cevre Sagligi San. LTD.” və “STI” şirkətləri tərəfindən təmsil olunur. Həmçinin, sərgidə ölkənin ictimai nəqliyyat operatorları və Bakı Metropoliteni də iştirak edirlər.

Nəqliyyatda informasiya texnologiyaları sektoruna gəldikdə isə bu sektor Çexiya, Türkiyə və Azərbaycan şirkətləri tərəfindən təqdim olunur. İctimai nəqliyyatın intellektual idarə edilməsi mərkəzi “onlayn” rejimdə müşahidə sisteminin işini nümayiş etdirəcək. Eyni zamanda, sərgi pavilyonunda kommunal texnika, eskalatorlar və taksi xidmətləri də təqdim olunur.





BİZƏ QOŞULUN!
Baş xəbərlər
KOMMUNİKASİYA TƏRƏFDAŞI
Nar Mobile
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ AVİADAŞIYICI
VALYUTA MƏZƏNNƏSİ
  01/06/2020 02/06/2020
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



Road & Traffic Azerbaijan is Copyright © 2000-2020 Bütün hüquqlar qorunur. Hosted by VebTek