Saytın xəritəsi
Əlaqə
English
version
Русская
версия












İnnovasiyalı texnologiya, mahsul və avadanlıqlar

Bu gün ölkəmizin paytaxtında yerləşən “Bakı Ekspo” sərgi mərkəzində “TransCaspian” 10-ci Yubiley Beynəlxalq Nəqliyyat, Tranzit və Loqistika sərgisinin açılışı oldu. Sözsüz ki, bu sərgi ilin əsas hadisəsidir və yük daşımaları bazarının cari durumu haqqında düzgün təsəvvür yaradır. “TransCaspian 2011” sərgisini fərqləndirən cəhət ondan ibarətdir ki, ilk dəfə olaraq sərgi ilə eyni meydançada yeni layihənin, yəni 1-ci Xəzər Beynəlxalq “Yol İnfrastrukturu və İctimai Nəqliyyat” sərgisinin debütü baş tutdu. Hər iki sərginin təşkilatçıları “Iteca Caspian LLC” və “İTE Group PLC” şirkətləridir.

Artıq 10 ildir ki, “TransCaspian” sərgisi öz meydançasında nüfuzlu eksponentləri, o cümlədən maddi-texniki təchizat (loqistika) operatorlarını, daşıma şirkətlərini, dəmiryol, dəniz və hava nəqliyyatı şirkətlərini, gəmiqayırma və yol tikinti şirkətlərini, kommersiya nəqliyyatının distribütorlarını, habelə liman və nəqliyyat sahəsinin bir çox digər müəssisələrini bir araya gətirir. Yubiley “TransCaspian” sərgisində Azərbaycan, Almaniya, İran, Çin, Latviya, Rusiya, Türkiyə, Ukrayna, Fransa və Çexiyanı təmsil edən 54 şirkət, təşkilat və sənaye strukturları iştirak edirlər.

Azərbaycan Respublikasının Nəqliyyat Naziri cənab Ziya Məmmədov “TransCaspian” sərgisinin təntənəli açılış mərasimində layihənin uğurlu təşkili üçün təşkilatçılara Azərbaycan Respublikasının hökuməti və nəqliyyat nazirliyi adından öz minnətdarlığını bildirdi və Azərbaycanda bütün sahələrin sürətlə inkişaf etdiyini qeyd etdi. Nəqliyyat nazirliyinin rəhbəri öz çıxışında qeyd etdi ki, nəqliyyat infrastrukturunun inkişafı bütün ölkə sənayesinin uğurları ilə sıx bağlıdır. Nazir həmçinin dövlət əhəmiyyətli əsas layihələrinin həyata keçirilməsində ölkəmizin Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin dahiyanə təşəbbüslər irəli sürdüklərini də vurğuladı. Bu gün Azərbaycanda nəqliyyat infrastrukturunun islahatı inamla vüsət almaqdadır. Söhbət müasir dəmir yolu magistrallarının, avtomobil yollarının, limanın, gəmiqayırma zavodunun və s. bu kimi obyektlərin tikintisi üzrə layihələrdən gedir. Şübhəsiz ki, həyata keçirilən işlər milli iqtisadiyyatın mühüm məqsədlərindən birinə -qeyri-neft sektorunun inkişafına xidmət edir. Avtonəqliyyat sənayesinin də müsbət xüsusiyyətlərini əks etdirən mühüm dövlət proqramlarının həyata keçirilməsi nəticəsində bu gün bu sərgidə nümayiş etdirilən yeni texnologiyalar və innovasiyalı layihələr daim təkmilləşir.

Öz çıxışında “Iteca Caspian LLC” şirkətinin direktoru Fərid Məmmədov bildirdi ki, bu sərgi eksponentlərin coğrafiyasının genişlənməsi baxımından uğur qazanmışdır və bütövlükdə yüksələn xətlə inkişaf edir. Belə ki, bu il keçirilən sərgi ötən ilki tədbirin hesabat göstəricilərini xeyli üstələmiş oldu -- ekspozisiya sahələri 60%, iştirakçıların sayı isə ikiqat artdı. Fərid Məmmədov bu sərgini yarandığı gündən bəri davamlı olaraq dəstəklədiyi üçün Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinə öz minnətdarlığını bildirdi.

VİP-tur əsnasında sərginin fəxri qonaqları və ziyarətçilər hər iki sərginin eksponentləri tərəfindən təqdim olunan xidmət və texnologiyalar haqqında tam təsəvvür əldə etdilər. “TransCaspian 2011” yubiley sərgisi nəqliyyat-ekspeditor xidmətlərindən tutmuş yüklərin çeşidlənməsi üzrə proqram təminatı və avadanlıqlara qədər sahə xidmətlərinin bütün istiqamətləri ilə tanış olmağa imkan yaratdı. Bu ilki sərgidə dəmir yolu sektoru, dəniz nəqliyyatı, limanlar və daşımalar ən geniş şəkildə təqdim olunur. Kommersiya şirkətləri ilə yanaşı, sərgidə dövlət idarələri, o cümlədən Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi, “Azərbaycan Dəmir Yolları” QSC, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı Metropoliteni və Rusiyanın Azərbaycanda Dəniz Gəmiçiliyi Reyestri iştirak edirlər. Eksponentlərin yarısını xarici şirkətlər təşkil edirlər. Səciyyəvi haldır ki, Azərbaycan sərgisində xarici təmsilçilik sahəsini genişləndirən eksponentlərin sayı ildən-ilə artır. Bu il debütant şirkətlər eksponentlərin ümumi sayının 30%-ni təşkil edirlər. Sərginin debütantları siyahısına Riqa Ticarət Limanı, Həştərxanın “Olya” Limanı, “СNR Corporation” (Çin), “Mot McDonald” şirkəti (Çexiya) və s. daxildir. Sərgidə ilk dəfə olaraq Latviya milli stendi də iştirak edir.

Bu sərgilərin bir yerdə keçirilməsi isə bütün maraqlı tərəflərin səmərəli ünsiyyət qurmaları üçün münasib şəraiti təmin etdi. “Road and Traffic” sərgisi yol tikintisi, ictimai nəqliyyat, nəqliyyatın intellektual idarə olunması sistemləri və yol hərəkətinin təhlükəsizliyini əhatə edən tematik ekspozisiyalara bölünmüşdür. Bu debüt sərgidə Azərbaycan, Almaniya, Türkiyə, Rusiya, Çin və bir çox digər ölkələri təmsil edən şirkətlər iştirak edirlər. Sərgidə yol tikintisi sektorunu əks etdirən ekspozisiya Azərbaycanda yol komplekslərinin tikintisi üzrə yeni layihələri (yol, körpü və tunellərin inşası üzrə layihələri) təqdim edir. İctimai nəqliyyat sahəsi üzrə ekspozisiyada isə Bakı şəhəri üçün yeni taksi modelləri təqdim olunur. Sərgi kompleksinə bitişik ərazidə yeni “keb” taksilərin “test drayvları” (sınaq sürüşləri) keçirilir. Həmçinin, sərgi ekspozisiyasına yol təhlükəsizliyi, yol nişanlarının çəkilməsi və yolların işıqlandırılması vasitələri, habelə nəqliyyatın intellektual idarə edilməsi sistemləri daxil edilmişdir.

Keçirildiyi illər ərzində sərgi regionun ən mühüm nəqliyyat forumuna çevrilmiş və onun vasitəsi ilə nəqliyyat sənayesi üçün innovasiyalı texnologiya və avadanlıqlar nümayiş etdirilir, yeni nümayəndəliklər açılır, birgə müəssisələr yaradılır. Təsis edildiyi gündən bəri sərgi Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən dəstəklənir, TRASEKA ilə sıx əməkdaşlıq edir. “Azerfon-Vodafone”, AZAL, “Greenwich Travel Club” və “Caspel” şirkətləri, habelə “Qafqaz Poynt” mehmanxanası 2011-ci il sərgilərinin tərəfdaşı qismində çıxış edirlər.

Выставка продлит свою работу до 18 июня.



BİZƏ QOŞULUN!
Baş xəbərlər
KOMMUNİKASİYA TƏRƏFDAŞI
Azerfon-Vodafone
TEXNİKİ DƏSTƏK
CASPEL
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ AVİADAŞIYICI
VALYUTA MƏZƏNNƏSİ
  01/06/2020 02/06/2020
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



Road & Traffic Azerbaijan is Copyright © 2000-2020 Bütün hüquqlar qorunur. Hosted by VebTek